"Qalib gələcəm" - Zelenski

 09:54 23.02.2024     247

Ukrayna prezidenti Volodimir Zelenski seçkilərin keçiriləcəyi təqdirdə qələbə qazanacağına əmin olduğunu bildirib. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

“Əgər indi seçki olsa, insanlar məni seçəcək. Mən hakimiyyətdə qalmağa çalışmıram, amma seçkilər baş tutsa, qalib gələcəm”, - Zelenski söyləyib.

Ukrayna lideri onu da əlavə edib ki, hərbi münaqişə səbəbindən seçki indi mümkün deyil.

Humay İSGƏNDƏRLİ