Qonşu ölkədə zəlzələ oldu

 09:48 23.02.2024     179

Qazaxıstanda zəlzələ baş verib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Respublika Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Zəlzələnin episentri Almatı şəhərindən 259 km cənub-şərqdə Çinlə sərhəddə yerləşir. Almatı şəhərində hiss olunma qabiliyyəti 2 baldır", -  deyə Fövqəladə Hallar Nazirliyinin açıqlamasında bildirilir.

Departament qeyd edib ki, Çində qeydə alınan zəlzələnin gücü 5,2 bal olub.

Həmidə İBRAHİMLİ