Fransanın Ermənistanda daimi hərbi məsləhətçisi olacaq
Fransanın Ermənistanda daimi hərbi məsləhətçisi olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə İrəvanda səfərdə olan Fransanın müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Fransa Ermənistana müdafiə silahları göndərib: “Yaxın vaxtlarda “Bastion” zirehli texnikaları da tədarük ediləcək. Lazım olarsa, qısa, orta və uzunmənzilli raketlər də verəcəyik”.
S.Papikyan isə bildirib ki, Ermənistanla Fransa arasında hərbi əməkdaşlıq uzunmüddətli xarakter daşıyır.
Qeyd edək ki, S.Lekornu Ermənistanda səfərdədir. Nazirlər müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilə imzalayıblar.