Qəzzada ölənlərin sayı 30 minə çatır

 14:22 23.02.2024     193

Oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində Qəzzada ən azı 29 514 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Yaralananların sayı isə 69 616 nəfər olub.

Son 24 saat ərzində isə 100-dən çox insan həlak olub.