Türkiyədə neft quyusunda dəhşətli PARTLAYIŞ - Ölən və yaralanan VAR

 15:50 23.02.2024     351

Türkiyənin Diyarbakır şəhərində neft quyusunda partlayış olub.

Redaktor.az “HaberGlobal”a istinadən xəbər verir ki, hadisə qazma işləri zamanı baş verib.

Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Partlayışa səbəb kimi qaz sıxışması göstərilir.

Məlumata görə, partlayış zamanı həlak olan İhsan Tunarın ailəsi hadisə yerinə gələrkən avtomobil qəzasına düşüb. Nəticədə daha 3 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı araşdırma başladılıb.