Amerikada begemot prezidentliyə namizəd oldu
ABŞ-nin Texas ştatının San Antonio zooparkındakı Timoti adlı begemot prezidentliyə namizəd olub.
Redaktor.az vetandlife.ru-ya istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Heyvanın namizədliyinin irəli sürülməsi onun üçün yaradılmış "Facebook" səhifəsində elan edilib.
"Timotinin Amerikanın gələcəyi ilə bağlı baxışının mərkəzində insanların istədiyi qədər yata bilməsi durur. O, həmçinin məhsuldarlığı və xoşbəxtliyi artırmaq üçün məktəblərdə və ofislərdə məcburi qəlyanaltılar verilməsinin tərəfdarıdır", - deyə onun təbliğat kampaniyasını aparan siyasətçi açıqlayıb.
Qeyd edək ki, begemot 2020-ci ildə keçirilən seçkilərdə də namizəd olub.