Zelenski "Netflix" serialında rol aldı

 19:12 23.02.2024     236

Ukrayna prezidenti Vladimir Zelenski Amerikanın "Netflix" yayım platformasında “Tipping Point: The Bomb and the Cold War” sənədli serialında rol alıb. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, serialın treyleri "YouTube"da yayımlanıb.

Personajlar soyuq müharibənin ilkin şərtlərini, nüvə bombasının yaradılmasını, SSRİ-nin dağılmasını və Rusiya-Ukrayna müharibəsini müzakirə edəcəklər.

Treylerdə Zelenski bildirib ki, Rusiya Ukraynanı öz mülkü hesab edir.

Serialda Ukrayna prezidenti ilə yanaşı NATO-nun baş katibi Yens Stoltenberq , Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Qeyts və keçmiş dövlət katibi Kondoliza Rays da iştirak edəcəklər.

Yusif EYVAZLI