Ötən il Ermənistanın 64 hərbçisi qeyri-döyüş şəraitində ölüb

 19:24 23.02.2024     259

Ermənistan ordusunda 2023-cü ildə qeyri-döyüş şəraitində 64 hərbçi ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan mediası hökumətin məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, 64 hərbi qulluqçu qeyri-döyüş şəraitində həlak olub, eyni zamanda, 2023-cü ildə Ermənistan ordusunda döyüş itkiləri 19 nəfər təşkil edib.