Ukrayna bu ölkəylə təhlükəsizlik sazişi imzalayacaq

 19:59 23.02.2024     259

Hollandiya və Ukrayna on il müddətinə təhlükəsizlik sazişi imzalayacaq. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Hollandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sazişin hazırlanmasına 2023-cü ildə Vilnüsdə baş tutan NATO-nun iyul sammitindən sonra başlanıb. Sənəd hərbi dəstəyi, (həm uzun, həm də ortamüddətli perspektivdə), müdafiə sənayesində əməkdaşlığı və Kiyevin haker hücumlarına qarşı müqavimətinin artırılmasını nəzərdə tutur.

Müqavilənin imzalanması üçün dəqiq tarix açıqlanmasa da, yaxın vaxtlarda onu bağlamaq istədikləri məlumdur.

Yusif EYVAZLI