Efiopiyada hava hücumu nəticəsində azı 15 nəfər həlak olub
Efiopiyanın Amhara bölgəsinə endirilən hava hücumu nəticəsində azı 15 nəfər həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Zərbə fevralın 19-da, Amhara bölgəsində Efiopiya ordusu və milislərin döyüş meydanlarından təxminən 24 km aralıda baş verib
Məlumata görə, 2023-cü ilin iyul ayından bəri toqquşmalar 200 nəfərin ölümünə səbəb olub.
Yusif EYVAZLI