Cəbhə xəttində hərbçilərlə yaşayan pişiyə gülləkeçirməz jilet verildi - FOTO

 21:15 23.02.2024     391

Ukraynada hərbçilərlə birlikdə yaşayan pişiyə onun ölçüsünə uyğun əsl gülləkeçirməz jilet hədiyyə edilib. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Pişik hərbçilər arasında rəğbət qazanıb. Əsgərlər pişiyin yaxşı bəsləndiyinə və təhlükəsiz olduğuna əmindirlər.

“Əlbəttə, bu, pişik üçün hələ də qeyri-adidir. Amma eybi yoxdur, öyrəşir”, - deyə əsgərlər bildirib.

Yusif EYVAZLI

2