"Ermənistan ərazi itirəcək!" - Rusiyalı deputat HƏDƏLƏDİ

 10:23 24.02.2024     298

Ermənistan KTMT-dən çıxacağı təqdirdə ərazi bütövlüyünü itirmək riski daşıyır.

Redaktor.az Bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov "Nyus.ru"ya açıqlamasında deyib.

"Baş nazir Nikol Paşinyan yadda saxlamalıdır: KTMT nizamnaməsində təşkilata üzvlüyün dondurulması nəzərdə tutulmur", - Juravlyov vurğulayıb.

Deputatın sözlərinə görə, Paşinyan bütün məsuliyyəti KTMT-nin üzərinə atmağa çalışır:

"Paşinyan ilan kimi qıvrılır, bütün siyasi və hərbi uğursuzluqlarının günahkarının KTMT olduğunu təsəvvür etməyə çalışır. Amma KTMT üzv ölkələrin ərazilərini qoruyur və Qarabağ heç vaxt Ermənistanın tərkibində olmayıb. Bütün beynəlxalq standartlara görə Qarabağ Azərbaycanın olub. Paşinyana xatırlatmaq istəyirəm: KTMT nizamnaməsində heç bir dondurma nəzərdə tutulmur. Siz ancaq blokdan çıxa bilərsiniz, o zaman çətin ki, kimsə Ermənistanın ərazi bütövlüyünə təminat verə bilsin".

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan "Frans 24"ə müsahibəsində Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu açıqlayıb.