Çində yaşayış binasında yanğın: 15 ölü

 10:27 24.02.2024     242

Çinin Szyansu əyalətinin Nankin şəhərində yaşayış binasında yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Yanğın zamanı 15 nəfər ölüb, 44 nəfər isə yaralanıb.

İlkin araşdırma zamanı məlum olub ki, yanğın elektriklə işləyən mopedlərin yerləşdiyi binanın birinci mərtəbəsində baş verib.