Ermənistan Təbrizdə konsulluq açır - İşlər sürətlənib
İranın Təbriz şəhərində Ermənistanın Baş Konsulluğunun açılması üçün hazırlıq işləri aparılır.
Redaktor.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi bildirib.
“Məlumat veririk ki, indi hazırlıq işləri gedir. Müvafiq olaraq növbəti dəyişikliklər barədə əlavə məlumat veriləcək”, - XİN-dən qeyd ediblər.