Fermerlər Makronun da olduğu pavilyona DAXİL OLDULAR
Fransa hökumətinin siyasətindən narazı qalan fermerlər polis kordonunu yarıb və kənd təsərrüfatı salonunun açıldığı sərgi mərkəzinə soxulublar.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-ində məlumatlar yayılıb.
Sərgi mərkəzində Fransa Prezidenti Emmanuel Makron da olub.
Sərgi mərkəzinə girişi bağlayan hüquq-mühafizə orqanlarının əməkdaşlarının olmasına baxmayaraq, fermerlər içəri daxil ola bilib.
Bildirilib ki, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında dava düşüb, nəticədə polis onları zorla binadan çıxarmağa başlayıb.
Qeyd edilib ki, Makron həmin an mərkəzin ikinci mərtəbəsində idi.