Qonşu ölkədə Ali Məhkəmənin sədri vəfat etdi

 13:25 24.02.2024     297

Rusiya Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedev Moskvada vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

81 yaşlı Vyaçeslav Mixayloviç Lebedev son bir neçə gündür xəstəxanada müalicə alırdı. Onun onkoloji xəstə olduğu açıqlanıb.