Türkiyə daxilində terrorçu qalmayıb
Türkiyə terrora qarşı uğurla mübarizə aparır. Artıq Türkiyə daxilində terrorçu qalmayıb.
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil olunan mitinqdə çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə bütün çətinliklərə rəğmən, imperialistlərə, terrorçulara təslim olmayıb: “Cənub sərhədlərimizdə terrorçu dövlətlərin yaradılmasına da imkan vermədik”.
Türkiyə söyləyib ki, terrorçulara qarşı mübarizədə müdafiə sənayəsi məhsulları, o cümlədən pilotsuz uçuş aparatları, qırıcı təyyarələr mühüm rol oynayır: "Arxalarında kimin olmasından asılı olmayaraq, son terrorçu məhv edilənə qədər mübarizəni davam etdirəcəyik".