Ermənistan KTMT çərçivəsində Belarusa nümayəndə göndərmədi
Ermənistanın KTMT Parlament Assambleyasındakı nümayəndələri Belarus parlament seçkilərinə müşahidəçi qismində gəlməyiblər.
Redaktor.az xəbər verir ki, bu barədə KTMT PA koordinatoru Əlişir Erbayev məlumat verib.
“Ermənistandan başqa, bütün KTMT üzvlərinin müşahidəçiləri var. Bildiyiniz kimi, KTMT PA kollegial orqandır. Ermənistan nümayəndələri belə bir ictimai-siyasi tədbirdə iştirak etməli idilər, lakin bu, onların seçimidir”, - deyə Erbayev bildirib.