Ukrayna İtaliya ilə təhlükəsizlik sazişi imzaladı

 20:41 24.02.2024     257

Ukrayna Prezidenti Volodimir Zelenski və İtaliyanın Baş naziri Corcia Meloni təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş imzalayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti teleqram kanalında məlumat verib.

“Bu günün mühüm nəticəsi ikitərəfli təhlükəsizlik sazişinin imzalanması oldu. Bu sənəd Ukrayna və İtaliya arasında təhlükəsizlik sahəsində uzunmüddətli tərəfdaşlıq üçün möhkəm zəmin yaradır”, - deyə Zelenski yazıb.

O, müqavilənin təfərrüatlarını açıqlamayıb və İtaliyaya 2024-cü ilin sonuna qədər Ukraynaya hərbi yardım göstərməyə davam etdiyinə görə təşəkkür edib.