İran əsilli qadın Almaniya gözəli seçildi

 10:14 25.02.2024     342

Berlində yaşayan 39 yaşlı İran əsilli memar Apameh Şönauer "Miss Almaniya" müsabiqəsinin qalibi olub.

Redaktor.az-ın "Alman dalğası"na istinadən verdiyi xəbərə görə, Baden-Vürtemberq federal əyalətinin Rust şəhərində təşkil olunan müsabiqənin qalibi 25 min avro mükafat alacaq.

Apameh Şönauer 6 yaşında olarkən ailəsi ilə Almaniyaya köçüb. İki uşaq anası olan Apameh Şönauer miqrant əsilli qadınlara dəstək olmağa çalışdığını bildirib və İranda qadın hüquqlarının qorunmasının zəruriliyinə diqqət çəkib. (APA)

Vumart və Güvən reklamı Vumart Güvən