"ABŞ-ı yaxın gələcəkdə terror aktları gözləyir" - Tramp

 09:53 26.02.2024     271

"Korrupsiya və miqrant problemləri ABŞ-ı üçüncü dünya ölkəsinə çevirir".

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Miçiqanda tərəfdarları qarşısında mitinqdə çıxışı zamanı danışıb:

“Bu təqib davam edərsə, heç kim ABŞ-da iş görmək istəməz və biz üçüncü dünya ölkəsinə çevriləcəyik”.

Siyasətçi ölkənin cənubundakı problemləri də xatırladıb.

Əvvəllər bildirilirdi ki, Donald Tramp prezident seçiləcəyi təqdirdə ildə milyonlarla miqrantı deportasiya etməyi planlaşdırır. 

Daha əvvəl Tramp deyib ki, ABŞ-ı yaxın gələcəkdə terror aktları gözləyə bilər. Bu, ölkəyə çoxlu sayda qeyri-leqal miqrantların daxil olması səbəbindən baş verə bilər.

Həmidə İBRAHİMLİ