Qərb Kiyev üçün mərmi axtarır
Qərb dövlətləri Ukraynaya göndərə biləcəkləri öz sursatlarının olmaması səbəbindən onları üçüncü ölkələrdə axtarırlar.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat deyib.
"Ukrayna üçün mərmiləri haradan və necə əldə etməyin həlli var. Üçüncü ölkələrdə, yəni tərəfdaşlar üçüncü ölkələrdən mərmi alıb Ukraynaya ötürməlidirlər. Sonra biz bu mərmi çatışmazlığını Qərb ölkələrinin hərbi-müdafiə sənayesinin tam gücü ilə inkişaf etdirənə qədər kompensasiya edəcəyik",- deyə Kuleba bildirib.
Humay İSGƏNDƏRLİ