Heyli Trampa uduzduqdan sonra kampaniya maliyyəsini itirdi

 10:37 26.02.2024     246

Amerikalıların Rifah Fəaliyyəti (AFP Action) prezidentliyə namizəd Nikki Heyli Cənubi Karolinada keçirilən praymerizdə Donald Trampa uduzduqdan sonra onun kampaniyasını maliyyələşdirməyi dayandırıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, onlar maliyyələşdirməni dayandırmaq qərarına Heylinin Cənubi Karolinada keçirilən ilkin seçkidə Trampdan təxminən 20% az səs almasından bir gün sonra qərar verib.

 Federal Seçki Komissiyasının məlumatlarına görə, Amerikalıların Rifah Fəaliyyəti, Heylinin kampaniyasına 32 milyon dollar töhfə verib.

Humay İSGƏNDƏRLİ