Fələstin hökuməti istefa verdi
Fələstinin baş naziri Məhəmməd əş-Ştayə və hökuməti istefa verib.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə ərizəsini Fələstin dövlətinin başçısı Mahmud Abbasa təqdim edib.
Bildirilib ki, yeni hökumət formalaşanadək o, Nazirlər Kabinetinə başçılıq edəcək.
Məlumata görə, bu həftə Fələstin İnvestisiya Fondunun rəhbəri Məhəmməd Mustafanın başçılığı ilə yeni hökumətin formalaşacağı gözlənilir.