"Əsgərlərimizi heç bir halda Ukraynaya göndərməyəcəyik" - Baş nazir

 17:43 26.02.2024     254

Bəzi Avropa İttifaqı və NATO-ya üzv ölkələr Kiyevlə ikitərəfli razılaşmalar əsasında Ukraynaya öz hərbi qulluqçularını göndərmək imkanını nəzərdən keçirir. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fiko bu barədə Parisdə Ukrayna ilə bağlı iclasa yola düşməzdən əvvəl respublika hökumətinin fövqəladə iclasından sonra jurnalistlərə bildirib.

Slovakiyanın hökumət başçısı ölkəsinin heç bir halda öz əsgərlərini Ukraynaya göndərməyəcəyini vurğulayıb.

Humay İSGƏNDƏRLİ