Məşhur rus aktyoru Ukrayna ordusuna QOŞULDU

 17:50 26.02.2024     252

Aktyor Kirill Kanaxin Ukrayna ordusunun tərkibində Bryansk vilayətində kəndə hücumda iştirak etdiyinə görə dövlətə xəyanətdə ittiham edilərək qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib.

Redaktor.az bildirir ki, b barədə fevralın 26-da İkinci Qərb Dairə Hərbi Məhkəməsinin zalından “İzvestiya”nın müxbiri məlumat verib.

"Məhkəmə 41 yaşlı Kirill Kanaxini xüsusi rejimli islah koloniyasında çəkilməsi üçün ömürlük həbs cəzasına məhkum etdi", - Moskva prokurorluğu Telegram kanalında da bildirib.

O, dövlətə xəyanətdə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi) təqsirli bilinib. Qeyd edildiyi kimi, hökm hələ qanuni qüvvəyə minməyib.

Eyni zamanda, Kanaxinin vəkili müvəkkilinin cinayətinin sübuta yetirilməməsində israr edib və iş üzrə bəraət hökmünün çıxarılmasını istəyib.

Bundan əvvəl, fevralın 5-də Moskva prokurorluğu ittihamları təsdiqləyib.

Qeyd edək ki  Kanaxin 2022-ci ilin yayında Ukraynanın “Rusiya Könüllülər Korpusu” təşkilatına qoşulub və ötən il yanvar-mart aylarında Xerson vilayətində Rusiya ordusuna qarşı döyüşlərdə iştirak edib.

O, iki dəfə qanunsuz olaraq Rusiya sərhədini keçib: birinci dəfə - Bryansk vilayətinin Klimovski rayonunda ikinci dəfə - Bryansk vilayətində Belqorod bölgəsidə Rusiya hərbçilərinə qarşı döyüşlərdə iştirak edib.

2023-cü il martın 2-də Bryansk vilayətinin Lyubeçan kəndində aralarında Kanaxinin də olduğu bir qrup ukraynalı diversant avtomobili atəşə tutub və bir neçə nəfəri girov götürüb. Hücum nəticəsində iki nəfər ölüb, bir uşaq da yaralanıb, iki sərhədçi yaralanıb. Rusiya prezidenti Vladimir Putin hadisəni terror aktı adlandırıb.

Aktyorun anası oğlunun öz xalqına qarşı çıxa biləcəyinə inanmadığını desə də, o, Kanaxinin son bir ildə Ukraynada yaşadığını təsdiqləyib.

Həmin ilin mart ayının sonunda Rusiya Federasiyası Daxili İşlər Nazirliyi onu cinayət maddəsi ilə axtarışa verib. Daha sonra, noyabrın 1-də bildirilib ki, Moskvanın Meşçanski Rayon Məhkəməsi Bryansk vilayətində hücumlar işi üzrə Kanaxini qiyabi həbs edib.

Sultan AYXAN