Almaniya kansleri Ukraynaya raketlərin verilməsinə qarşı ÇIXDI
Almaniya kansleri Olaf Şols Almaniyanın uzunmənzilli "Taurus" raketlərinin Ukraynaya tədarükünə qarşı çıxıb. Onun fikrincə, bu, Almaniyanı təhlükəli şəkildə münaqişəyə cəlb edəcək.
Redaktor.az xəbər verir ki, fevralın 26-da DPA agentliyinin təşkil etdiyi konfransda siyasətçi etiraf edib ki, bir sıra siyasətçilərin münaqişədə mümkün iştirakı ilə bağlı bəyanatları onu heyrətə salıb.
Bundan əvvəl, fevralın 24-də Bundestaqın deputatı Sara Vaqenknext də xəbərdarlıq edib ki, bu silahların Ukraynaya tədarükü Almaniyada Rusiya ilə münaqişəyə səbəb ola bilər. O əlavə edib ki, tədarük Ukraynaya kömək etməyəcək, əksinə, atəşkəs barədə razılığa gəlməyə və hazırkı cəbhə xəttində münaqişəni dondurmağa dəyər.
Qeyd edək ki, Fevralın 22-də Bundestaq Kiyevə uzaqmənzilli raketlərin tədarükü ilə bağlı qətnamə layihəsini dəstəkləyib. Hakim partiyalar Almaniya Nazirlər Kabinetini Rusiyanın arxa cəbhəsindəki hədəfləri məhv etmək üçün Kiyevə uzaqmənzilli silah sistemləri verməyə başlamağa çağırıblar. Eyni zamanda, deputatlar “Taurus” qanadlı raketlərinin çatdırılmasını tələb edən qətnaməni dəstəkləməyiblər.
Sultan AYXAN