Zelenski Ukraynadakı vəziyyət haqqında danışdı: "Mürəkkəbdir, lakin..."
Ukraynada həm iqtisadiyyat baxımından, həm də cəbhədə vəziyyət mürəkkəbdir, lakin idarə oluna bilir.
Redaktor.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna Prezidenti Volodimir Zelenskinin Bolqarıstanın Baş naziri Nikolay Denkovla birgə mətbuat konfransı zamanı verdiyi açıqlamaya istinadən məlumat verib.
Prezidentin sözlərinə görə, Ukraynada baş verənlər və hansı tərəfdaşların ölkəni necə dəstəklədiyi barədə uzun müddət danışmaq olar. Zelenski bildirib ki, həm cəbhədə, həm sərhəddə, həm də qonşu ölkələrdə gedən prosesləri bir sözlə təsvir etmək çətindir.
"Bunu bir sözlə təsvir etmək çətindir. Hərbçilərimizin dili ilə "Bu gün döyüş meydanında nəyimiz var?" deyə soruşanda, onların sözlərindən istifadə edərək sualınıza cavab verəcəm: vəziyyət mürəkkəbdir, lakin tamamilə idarə olunur" - dövlət başçısı deyib.
Turan İSMAYIL