Ukraynalılar Rusiyaya kamikadze dronla hücum etdi

 18:10 26.02.2024     208

Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus iki kamikadze pilotsuz uçan aparat Korenevski rayonunun Qordeevka kəndində infrastruktura hücum etməyə cəhd edib, daha biri Troitski kəndində düşüb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə qubernator Roman Starovoit Telegram kanalında bildirib.

“Bu gün Ukraynaya məxsus iki kamikadze pilotsuz uçan aparat sərhəddəki Korenevski rayonunun Qordeevka kəndində infrastruktura hücum etməyə cəhd edib. Ölən və yaralananlar olmayıb. Daha bir kamikadze pilotsuz uçan aparat Troitski kəndindəki bağçaya düşüb”, - deyə o yazıb.

Starovoit qeyd edib ki, dağıntı da olmayıb.

Sultan AYXAN