Bu ölkədə Rusiya kəşfiyyatçıları YAXALANDI
Bolqarıstanın Dövlət Milli Təhlükəsizlik Agentliyi iki Rusiya vətəndaşı Vladimir və Tatyana Qoroçkinlərin ölkəyə girişinə qadağa qoyub.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, agentliyin saytında qeyd edildiyi kimi, Vladimir və Tatyana Qoroçkinin Bolqarıstanın təhlükəsizlik maraqlarına zidd hərəkət etdiyinə dair sübutlar var.
Onlara beş il müddətinə Avropa İttifaqına üzv dövlətlərin ərazisinə giriş və orada qalma qadağası şəklində “məcburi inzibati tədbir tətbiq edilib”.
Kəşfiyyat xidməti iddia edir ki, şübhəlilər Rusiya Federasiyasından olan şəxslər özlərini Bolqarıstan vətəndaşları Denis Raşkov və Diana Raşkova kimi təqdim edərək Bolqarıstan ərazisində olublar.
Sultan AYXAN