Macarıstan parlamenti prezidenti istefaya göndərdi
Macarıstan parlamenti ölkə prezidenti Katalin Novakın istefasını qəbul edib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, qış tətilindən sonra ilk iclaslarında deputatlar dövlət başçısının istefaya getməsi ilə bağlı bəyanatını yekdilliklə təsdiqləyiblər.
Novak istefasını fevralın 10-da pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda elan edib. O, bağışlanmaz səhv etdiyini etiraf edib və vəzifəsini tərk etmək qərarına gəlib.
Onun yerinə parlamentdə üçdə iki səs çoxluğuna malik olan hakim partiyalar Konstitusiya Məhkəməsinin 67 yaşlı sədri Tamaş Şujokun namizədliyini irəli sürüb. Bazar ertəsi gün ərzində onun namizədliyi ilə bağlı səsvermə keçiriləcək.
Macarıstan prezidenti parlament tərəfindən beş il müddətinə seçilir.
Yusif EYVAZLI