Çin 2024-cü ildə kosmosa 100-ə yaxın raket göndərməyi planlaşdırır

 21:09 26.02.2024     228

Çin 2024-cü ildə kosmosa 100-ə yaxın raket göndərməyi planlaşdırır ki, bu da ölkə üçün rekord olacaq. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.

“2024-cü ildə Çinin kosmik sənayesi 100-ə yaxın buraxılışı təmin etməyi planlaşdırır. Yeni rekordun qeydə alınacağı gözlənilir”, - deyə Çin tərəfi bildirib.

Korporasiyanın özü 2024-cü ildə 70 raket buraxmağı planlaşdırır. Qalan 30 buraxılış digər Çin şirkətləri tərəfindən həyata keçiriləcək.

Yusif EYVAZLI