Tramp söz verdi: "Mən sizin prezidentiniz olanda..."

 22:03 26.02.2024     223

Keçmiş Amerika lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ sərhədini dərhal bağlayacağına söz verib.

Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.

“Mən sizin prezidentiniz olanda biz dərhal sərhədi bağlayacağıq. Miqrantların işğalını dayandıracağıq və Amerika tarixində ən böyük qanunsuz cinayət deportasiya əməliyyatına birinci gündən başlayacağıq”, - o bildirib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Yusif EYVAZLI