Lukaşenko Ərdoğanla görüşəcək
Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın zamanda türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək niyyətində olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Lukaşenko ötən gün Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik etmək üçün ona zəng edib.
Telefon danışığında Lukaşenko Türkiyə lideri ilə yaxın zamanda görüşərək əməkdaşlığı və dünya gündəmini müzakirə etmək istədiyini qeyd edib.