Fələstin Prezidenti hökumətin istefasını qəbul etdi
Fələstin Prezidenti Mahmud Abbas Məhəmməd Ştayyenin başçılıq etdiyi hökumətin istefasını qəbul edib.
Redaktor.az xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.
Prezident bununla bağlı müvafiq sərəncam imzalayıb.
Ştayye və onun rəhbərlik etdiyi kabinet yeni hökumətin tərkibi təsdiqlənənə qədər öz vəzifələrini icra etməyə davam edəcək.