Bayden Qəzzada atəşkəsdən danışdı: "Ümid edirəm ki..."

 09:09 27.02.2024     181

ABŞ prezidenti Co Bayden Qəzzada atəşkəsə çox yaxın olduğunu və gələn bazar ertəsi atəşkəsə nail ola bilinəcəyini deyib.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Bayden Nyu Yorka səfəri zamanı gündəmlə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.

Qəzzada atəşkəsin nə vaxt əldə oluna biləcəyi ilə bağlı suala Bayden, "Ümid edirəm ki, bu həftənin sonuna qədər. Milli təhlükəsizlik müşavirim dedi ki, biz atəşkəsə çox yaxınıq, amma bunu hələ tamamlamamışıq. Ümid edirəm ki, atəşkəs Qəzzada gələn bazar ertəsinə qədər əldə olunacaq”,- deyə cavab verib.

Humay İSGƏNDƏRLİ