Pakistanda ilk - qadın əyalət baş naziri seçildi
Pakistan tarixində ilk dəfə qadın əyalət baş naziri seçilib.
Redaktor.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, Məryəm Nəvaz Pəncab əyalət məclisindəki seçkilərdə 220 səs toplayaraq əyalətin baş naziri seçilib.
Qeyd edək ki, M. Nəvaz Pəncabın keçmiş baş naziri olan Nəvaz Şərifin qızıdır.