Rusiyada “Quran”ı yandırana hökm OXUNDU

 14:57 27.02.2024     149

Rusiyanın Qroznı şəhərinin məhkəməsi “Quran”ı yandırmaqda ittiham edilən Nikita Juravlyov adlı şəxsi 3,5 il həbs cəzasına məhkum edib.

Redaktor.az xəbər verir ki, sözügedən şəxs 2023-cü ildə Volqoqrad şəhərindəki məscidin qarşısında “Quran”ı yandırarkən saxlanılıb. Sonradan onun barəsində açılan cinayət işi baxılması üçün RF Çeçen Respublikasının İstintaq komitəsinə göndərilib.

İstintaq Komitəsindən bildirilib ki, Çeçenistan Respublikası sakinlərinin çoxsaylı müraciətləri əsasında Juravelin məhkəməsi Çeçenistanda baş tutub. Qroznıdan olan 13 imam işdə zərərçəkmiş kimi tanınıb.

Məhbusun dindirilməsi videosu Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən yayımlanıb. O, sifarişi Ukrayna Təhlükəsizlik Xidmətindən aldığını deyib:

“Məndən Volqoqrad vilayətində xristianlar və müsəlmanlar arasında dini ədavəti qızışdırmaq tələb olunurdu. Göstərişlə hərəkət etmişəm və buna görə 10 min rublun veriləcəyini demişdilər”

Nikita Juravlyov məhkəmə zamanı törətdiyi əməldən peşman olduğunu bildirib və üzr istəyib. O deyib: “Müsəlmanların heysiyyatına toxunan hərəkətimə görə onlardan üzr istəyirəm”.

Juravel 2023-cü ilin yayında təcridxanada Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun 15 yaşlı oğlu Adam tərəfindən döyülüb. Ramzan Kadırov isə döyülmə anının görüntülərini paylaşıb və oğlunun əməli ilə fəxr etdiyini bildirib.