Erməni əsgər yoldaşını pulemyotla öldürdü

 17:46 27.02.2024     171

Erməni əsgərinin öldürülməsində şübhəli bilinən hərbçi saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

 

Məlumatda deyilir ki, 24 fevral tarixində saat 17:55 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Avaq Danieloviç Zakaryan naməlum şəraitdə ölüb.

Bununla bağlı cinayət işi başlanılıb və Zakaryanı qətlə yetirməkdə şübhəli bilinən digər hərbçi saxlanılıb.

İlkin istintaq zamanı müəyyən edilib ki, iki hərbçi arasında döyüş mövqeyində mübahisə yaranıb və baş verən dava nəticəsində saxlanılan hərbçi öz həmkarını pulemyotla güllələyib.

Zakaryan xəstəxanaya aparılan zaman aldığı güllə yarasından maşında ölüb /apa/.