İlon Mask “Microsoft” şirkətinin rəhbərindən bunu xahiş etdi

 18:25 27.02.2024     219

Amerikalı iş adamı İlon Mask "Microsoft"un baş direktoru Satya Nadellaya məktub yazaraq ondan "Windows" əməliyyat sistemi ilə işləyən noutbukun qurulmasında kömək istəyib.

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, Mask "X" sosial şəbəkəsində yeni noutbuk aldığını, lakin "Microsoft" hesabı yaratmadan ondan istifadə etməyəcəyini bildirib.

“Bu, mənim kompüterimə onların süni intellektinə girişi təmin etmək deməkdir! Bu yanlışdır”, - deyən iş adamı qeyd edib ki, əvvəllər hesab yaratmağı atlamaq mümkün idi.

İstifadəçilərdən biri Maska hesab olmadan daxil olmağı təklif etsə də, alınmayıb.

Sonra başqa bir istifadəçi texniki dəstək üçün Satya Nadella ilə əlaqə saxlamağı tövsiyə edib.

Mask fevralın 26-da “Mən ona indicə mesaj göndərdim” deyib.

Sultan AYXAN