Qərb Ukraynaya qoşun göndərsə, müharibə qaçılmazdır - Peskov

 18:54 27.02.2024     250

Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov Emmanuel Makronun Qərb qoşunlarının hipotetik olaraq Ukraynaya göndərilməsi ilə bağlı sözlərini şərh edib.

Redaktor.az xəbər verir ki, bu barədə Peskov yerli jurnalistlərlə söhbətind deyib.

O qeyd edib ki, Qərb liderlərinin öz əsgərlərinin Ukraynaya göndərilməsi ilə bağlı “zəngin fikirlər diapazonu” var və bu məsələdə konsensus yoxdur.

“Ukraynaya kontingentin göndərilməsi imkanının müzakirəsi faktının özü mühüm, yeni elementdir. Qalan hər şey artıq elan edilib. Bir çoxları ayıq qiymətləndirmə aparır və riskləri başa düşürlər. Bu, üçüncü ölkələrin maraqlarına uyğun deyil, onlar bunu bilməlidirlər”, - Peskov əlavə edib.

O, vurğulayıb ki, Avropa İttifaqı və NATO öz qoşunlarını Ukraynaya göndərmək qərarına gəlsələr, o zaman blokla müharibə qaçılmaz olacaq.

Qeyd edək ki, fevralın 26-da Fransa prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilə biləcəyini etiraf edib. Slovakiyanın baş naziri Robert Fiko da bildirib ki, bir sıra Aİ və NATO ölkələri Kiyevlə ikitərəfli sazişlər çərçivəsində Ukraynaya qoşun yeritmək imkanını nəzərdən keçirir. İsveçin baş naziri Ulf Kristersson və Polşa Müdafiə Nazirliyinin rəis müavini Sezari Tomçik bildiriblər ki, onların ölkələri öz mumlarını Ukraynaya göndərməyi planlaşdırmır.

Sultan AYXAN