Netanyahu Baydenin bəyanatına təəccüblənib
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenin İsrail hakimiyyətinin Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovları azad etmək üçün martın 4-dək Qəzza zolağında atəşkəslə bağlı razılığa gələ biləcəyi barədə bəyanatından təəccüblənib.
Redaktor.az xəbər verir ki, bu barədə ABC telekanalı İsrail hökumətindəki yüksək vəzifəli məmura istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Baydenin belə bir bəyanatı İsrailin baş naziri üçün “sürpriz oldu”.
Xatırladaq ki, NBC telekanalına müsahibəsində Bayden bildirib ki, İsrail hakimiyyəti Qəzza zolağında saxlanılan girovları azad etmək üçün müsəlmanların müqəddəs Ramazan ayında döyüş əməliyyatlarında iştirak etməmək qərarına gəlib.
Turan İSMAYIL