Norveç kralı xəstəxanaya yerləşdirildi

 19:36 27.02.2024     334

Norveç kralı V Harald Malayziyada olarkən xəstəxanaya yerləşdirilib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Norveçin "NRK" yayım korporasiyası məlumat yayıb.

Kral ailəsinin mətbuat xidməti bildirib ki, V Harald bəzi infeksiya səbəbindən xəstəxanaya aparılıb. Monarxı həm malayziyalı, həm də avropalı həkimlər müalicə edir.

Haraldın ölkədə şəxsi səfərdə olduğu bildirilir.

Yusif EYVAZLI