"Fəallar Rusiya peyinlərinin keyfiyyətini nümayiş etdiriblər" - Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşa və İsveç səfirliklərinin yaxınlığında bir neçə kisə peyin tökən fəalların hərəkətlərini ironik şəkildə şərh edib.
Redaktor.az-ın məlumatına görə, o özünün teleqram kanalında zarafatla deyib ki, indi diplomatlar rus gübrələrinin keyfiyyətini qiymətləndirə biləcəklər.
Zaxarova qeyd edib ki, bir neçə gün əvvəl Rusiyanın Polşadakı diplomatik nümayəndəliklərindən birinin binasında fəallar “yerli hakimiyyətin razılığı, hətta dəstəyi ilə və təkcə Vyana Konvensiyasını deyil, həm də ən sadə əxlaq normalarını pozaraq oxşar aksiya keçiriblər”.
“Bu gün Polşanın və əla rusofobiyası ilə seçilən başqa bir Aİ ölkəsinin - İsveçin səfirlikləri qayğıkeş vətənpərvərlərdən güzgü, simmetrik cavab aldılar. Rus gübrələri, limanlarda nə qədər bloka atsan da, dünyanın ən yaxşısıdır. İndi Qərb diplomatları özləri aydın görə bilirlər”, - o yazıb.
Zaxarova fəalların Polşa və İsveç diplomatik nümayəndəliklərinin binalarının yaxınlığında Ukrayna bayrağı olan çantaların içini səpələdiklərini əks etdirən iki videoya keçid təqdim edib.
Turan İSMAYIL