İstanbulda tekstil fabrikində yanğın başladı
Türkiyənin İstanbul şəhərinin Avcılar səmtində fəaliyyət göstərən dördmərtəbəli tekstil fabrikində naməlum səbəbdən yanğın baş verib.
Redaktor.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşın, həmçinin polis və tibb işçiləri göndərilib.
Fabrikə bitişik binaların ehtiyat tədbiri olaraq boşaldıldığı bildirilir.
Bölgəyə göndərilən təcili yardım maşınları yanğında güclü tüstüdən zərər çəkən insanlara müdaxilə edib.
Yanğın zamanı fabrikin bağlı olduğu və içəridə heç kimin olmadığı bildirilib.
Yanğının söndürülməsində yanğın bölməsi 70 texnika və 187 canlı qüvvə, AFAD isə 2 texnika və 10 canlı qüvvə ilə iştirak edir.
Qruplar yanğına müdaxilə etməyə davam edir.