Makron üçüncü dünya müharibəsini alovlandırmağa çalışır - Volodin

 10:03 28.02.2024     221

"Fransa prezidenti Emmanuel Makron hakimiyyətini qoruyub saxlamaq üçün Üçüncü Dünya müharibəsini alovlandırmaq cəhdindən daha yaxşı bir şey tapmadı". 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu  Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Makronun Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya mümkün göndərilməsi mövzusunun müzakirəsi ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.

“Makron bir sıra səs-küylü bəyanatları, o cümlədən NATO qoşunlarının Ukraynaya göndərilməsi mümkünlüyü onun ölkəsinin sakinlərini və bir sıra Avropa dövlətlərinin liderlərini dəhşətə gətirib. Şəxsi hakimiyyətini saxlamaq üçün Makron ağlına gələn Üçüncü Dünya müharibəsini alovlandırmaqdan daha yaxşı heç nə yoxdur. Onun təşəbbüsləri Fransa vətəndaşları üçün təhlükəlidir”,- deyə oTelegram kanalında qeyd edib.

Humay İSGƏNDƏRLİ