Çin ilk yerüstü kosmik stansiya simulyatorunu yaratdı
Çinin Harbin Texnologiya İnstitutu və Aerokosmik Elm və Texnologiya Korporasiyası ölkənin şimal-şərqində ilk yerüstü kosmik stansiya simulyatorunu yaradıb.
Redaktor.az xəbər verir ki, bu barədə "China Daily" qəzeti məlumat yayıb.
Bu qurğunun köməyi ilə çinli alimlər kosmik materiallar və alətlər, eləcə də maqnitosfer fizikası ilə bağlı fundamental elmi məsələləri öyrənməyi planlaşdırırlar. Bu avadanlıq yerdənkənar fəzada plazma (kosmosda əsas maddə növlərindən biri), hissəciklərin şüalanması və günəş radiasiyası kimi bir sıra amilləri simulyasiya etməyə imkan verir.
Humay İSGƏNDƏRLİ