Rus hərbi təyyarəsi Almaniya qırıcılarını havaya QALDIRDI

 10:23 28.02.2024     270

Almaniya Hərbi Hava Qüvvələri Rusiyanın "İl-20M" hərbi təyyarəsinin aşkarlanması ilə əlaqədar ölkənin şimalındakı Lage şəhərində yerləşən çevik qırıcıları havaya qaldırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələrinin "X" sosial şəbəkəsindəki paylaşımında ​​deyilir.
 
“Uçuş planı olmayan Rusiyanın "İl-20M" təyyarəsi Helsinkinin cənub-şərqində “Eurofighter”lərimiz tərəfindən aşkar edilib”, - deyə məlumatda bildirilir.

Vizual əlaqə qurulduqdan sonra əməliyyat daha heç bir insident yaşanmadan tamamlanıb.

Sultan AYXAN