Türkiyədə qadın qətllərinin sayı kəskin artıb

 10:46 28.02.2024     252

Türkiyədə bir gündə yeddi qadın keçmiş həyat yoldaşları tərəfindən vəhşicəsinə öldürülüb.

Redaktor.az "Guardian"a istinadən xəbər verir ki, ölkənin 2021-ci ildə Qadınlara Qarşı Zorakılığın Qarşısının Alınması üzrə Avropa Şurasının Konvensiyasından çıxmasından sonra qadın qətllərinin sayında kəskin artım var.

The Guardian yazır ki, 32-49 yaşlarında olan qadınlar güllələnib və ya bıçaqlanaraq öldürülüb. Hücum edənlərdən ən azı üçü intihar edib, ikisi həbs edilib, həbs zamanı yaralanan biri isə daha sonra ölüb.

Arvadını öldürmək üçün xüsusi olaraq həbsxanadan qaçan yeddinci qatilin taleyi qaranlıq olaraq qalır.

Məlumata görə, 2023-cü ildə qadınların hüquqlarını müdafiə edən “We Stop Femicide” qeyri-hökumət təşkilatı Türkiyədə 315 qadın qətlini qeydə alıb ki, 65%-i öz evlərində öldürülüb.

Sultan AYXAN