İran ABŞ ilə razılığa hazırlaşır - Abdullahiyan

 10:52 28.02.2024     260

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib ki, Tehran Vaşinqtondan İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərinə əməl olunmasına qayıtmasını asanlaşdırmağa hazır olduğuna dair siqnallar alır.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, Abdullahiyan bu sözləri. Livanın “Al Mayadeen” telekanalına müsahibəsində deyib.

"Tehran və Vaşinqton müxtəlif mövzularda məktub mübadiləsini davam etdirir. Amerika tərəfi bəzən açıq şəkildə bildirir ki, o, sazişin bütün iştirakçılarının nüvə sazişi üzrə əvvəlki öhdəliklərinə qayıtmasını istəyir. Biz öz tərəfimizdən hazır olduğumuzu açıq şəkildə ifadə etmişik. İrana qarşı birtərəfli sanksiyaları tamamilə ləğv etməyə imkan verəcək tövsiyələri alqışlayırıq”, - deyə o bildirib.

İran diplomatiyasının rəhbəri deyib ki, hazırkı prezident İbrahim Rəisinin dövründə Tehran JCPOA-nı (Birgə Kompleks Fəaliyyət Planı) bərpa etmək üçün nüvə sazişi tərəfləri ilə ciddi danışıqlar aparıb, lakin Ukraynadakı münaqişə onlara “kölgəsini salıb”.

Humay İSGƏNDƏRLİ